Bakıda piyada keçidindən istifadə etməyən kişini maşın vurub


Sosial 26 İyn 2018 05:16:25 312 0

Bakıda piyada keçidindən istifadə etməyən kişini maşın vurub

Yaralı "təcili yardım"ın köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Bakının Binəqədi rayonunda piyadanı maşın vurub.

"Report" xəbər verir ki, hadisə 1971-ci il təvəllüdlü Məmmədov Firdovsi Məmməd oğlu Binəqədi şossesində, "Zəngəzur" şadlıq sarayının qarşısından piyada zolağının olmadığı hissədən keçən zaman baş verib.

Hadisəni minik avtomobilinin sürücüsü törədib.

Yaralı "təcili yardım"ın köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.