Siyəzən Broyler ASC məşhur Amerika brendinin Azərbaycan üzrə filiallarının eksklüziv təchizatçısı oldu
Digərləri 02 Mar 2026 17:33:00 85 0
Azərbaycanda qida sənayesi üçün əlamətdar hadisə kimi qiymətləndirilən "Popeyes" brendinin fəaliyyətə başlaması ilə bağlı 28 fevral tarixində açılış tədbiri keçirilib. Tədbirdə, markanın ekskluziv təchizat partnyoru kimi "Siyəzən Broyler" ASC-nin rəhbər heyəti də iştirak edib. Öz fikirlərini səsləndirməsi üçün səhnəyə dəvət edilən "Siyəzən Broyler ASC"-nin direktoru Cavid Abbasov öz fikirlərində bu cür bir markanın ölkəmizə gəlməsinin nə dərəcədə önəmli bir investisiya olduğunu vurğulayıb. Daha sonra o çıxışında bildirib: "2 marka arasındakı bu əməkdaşlıq iki il əvvəl atılan bir addımın nəticəsidir. Layihənin başlanğıc mərhələsində müəyyən çətinliklər və qeyri-müəyyənliklər olsa da, tərəfdaşların qarşılıqlı etimadı və ortaq vizionu bu prosesi uğurla tamamladı. Layihənin ilk mərhələsində tərəfdaşlar tərəfindən verilən dəstək və öhdəliklər bütün proses boyu öz təsdiqini tapdı. İnam və güvən prinsipi əsasında qurulan əməkdaşlıq nəticəsində layihə ardıcıl və sistemli şəkildə inkişaf etdirildi. Bu gün Popeyes-in Azərbaycandakı ilk restoranının açılışı yalnız yeni bir brendin bazara daxil olması deyil, həm də yerli istehsal və təchizat zəncirinin beynəlxalq standartlara uyğunluğunun göstəricisidir. Layihənin əsas tərəfdaşlarından olan Siyəzən Broyler şirkətinin seçilməsi təsadüfi deyil. Şirkət 1986-cı ildən fəaliyyət göstərir və Qafqaz regionunda ən böyük quşçuluq emal müəssisələrindən biridir. 2018-ci ildən etibarən həyata keçirilən modernizasiya və iri investisiyalar nəticəsində istehsal prosesləri tam inteqrasiya olunmuş modelə keçib. Əməkdaşlıq çərçivəsində və eləcə də "Siyəzən Broyler"-in bütün istehsal prosesində ətraf mühitin qorunması, təbiətə atılan karbon izi emissiyası və ekoloji tarazlığın qorunması məsələləri üzrə beynəlxalq standartlara əməl edilməsi şirkətin əsas prioritetlərindəndir. Şirkətin toyuq əti istehsal prosesi İSO 9001:2015, İSO 14001:2015, İSO 50001:2018, İSO 27001:2022, İSO 10002:2018 kimi beynəlxalq keyfiyyət sertifikasiyalarından, həmçinin, İSO 14064-1:2018 Beynəlxalq Karbon İzi Hesabatı və İSO 14046 Korporativ Su İzi Hesabatı üzrə beynəxlaq normativlərdən uğurla keçərək Beynəxalq Standartlara layiq istehsal prosesi olduğunu bir daha sübut etmişdir. Siyəzən Broyler öz strukturunda inkubasiya mərhələsindən başlayaraq yem istehsalı, quşçuluq təsərrüfatları, kəsimxana, logistika və satış şəbəkəsinə qədər bütün istehsal zəncirini birləşdirir. Bu inteqrasiya olunmuş model yüksək keyfiyyətə nəzarəti və beynəlxalq standartlara uyğunluğu təmin edir. Popeyes kimi nüfuzlu Amerika brendinin Azərbaycanda fəaliyyətə başlaması ölkənin qida sənayesi üçün mühüm inkişaf mərhələsidir. Belə bir brendin rəsmi təchizatçısı olmaq isə həm böyük şərəf, həm də ciddi məsuliyyətdir. Hər gün yüz minlərlə istehlakçıya təqdim olunan məhsulların keyfiyyəti və təhlükəsizliyi prioritet olaraq qalır. Popeyes-in yüksək və sərt keyfiyyət standartlarına uyğunlaşmaq üçün bütün lazımi prosedurlar uğurla həyata keçirilib və audit mərhələləri müsbət nəticələnib. Tərəfdaşlıq çərçivəsində əməkdaşlığın gələcəkdə daha da genişlənməsi, yeni hədəflərin müəyyənləşdirilməsi və fəaliyyətin davamlı şəkildə inkişaf etdirilməsi planlaşdırılır." Bu fikirlərlə nitqini sonlandıran Cavid Abbasov bir daha uğur və təbrik diləklərini çatdırıb. Qeyd edək ki, "Popeyes" Azərbaycan üzrə restoranlar şəbəkəsində "Siyəzən Broyler" ASC ilə əməkdaşlıq edir.
Bu xəbəri də oxu: Uzun və sağlam ömür üçün ideal səhər rejimi
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Küveytin xarici işlər
Azərbaycan və Rusiya "AZAL" təyyarəsinin qəzası ilə bağlı yax
Türkiyədə uğurlu karyerası ilə tanınan azərbaycanlı aktrisa Nəsrin Cav
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Rusiya Fed
Müğənni Zeynəb Həsəni növbəti dəfə efirdə səsləndirdiyi fikirlərl
Kredit borcunu bağlayanlar ödədikləri sığortanın bir hissəsini geri ala
İsrail İranın Netanyahunun ofisinə raket hücumu barədə xəbərləri təkz
Azərbaycanda çəkilən "Obitus 2026" adlı yeni filmin bəzi kadrlar
Türkiyədə fəaliyyət göstərən hava limanlarından birində qeyri-adi hadi
Azərbaycanlı müğənni Sofi Fayro yeni "Stop Cortisol" klipini təq
28 fevraldan bəri ABŞ və İsrail hücumları nəticəsində ən azı 555 İra
Gürcüstanın paytaxtı Tbilisinin meri Kaxa Kaladze hazırda Birləşmiş Ər�
Əməkdar artist Rəhilə Bəndəliyeva "Öz aramızda" verilişində
