Azərbaycan musiqisində innovasiya: İlk dəfə Sofi Fayrodan unikal AI layihəsi
Şou-biznes 02 Mar 2026 16:04:00 122 0
Azərbaycanlı müğənni Sofi Fayro yeni "Stop Cortisol" klipini təqdim edib. Layihə daxili harmoniyanın qorunması, emosional balansın bərpası və insanın psixoloji təzyiqdən müdafiəsi ideyası üzərində qurulub.
Bu xəbəri də oxu: "Mənim yox, həmin xalq artistlərinin adı siyahıda olmalıdır"
"Stop Cortisol" ifadəsi ingilis dilindən tərcümədə "kortizolu dayandır" mənasını verir. Kortizol stress hormonu kimi tanınır və uzunmüddətli gərginlik zamanı yüksələrək insanın emosional və psixoloji vəziyyətinə mənfi təsir göstərə bilir. Bu baxımdan, mahnının adı simvolik məna daşıyır və stressə, manipulyativ münasibətlərə, emosional nəzarətə, o cümlədən narsissizm (özünə həddindən artıq vurğunluq və empati çatışmazlığı ilə xarakterizə olunan davranış modeli) kimi hallara qarşı mesaj kimi səslənir. Psixologiyada narsist davranış dedikdə, qarşı tərəfin hiss və ehtiyaclarını nəzərə almadan diqqət mərkəzində olmağa çalışmaq, münasibətlərdə dominant mövqe tutmaq meyli başa düşülür. Kompozisiyada şəxsi sərhədlərin qorunması, özünə hörmət və daxili azadlıq mövzularına xüsusi vurğu edilir.
Sənətçi bildirib ki, layihənin əsas məqsədi insanın özünü itirmədən münasibətlərdə balansı qorumasına diqqət çəkməkdir:
"Mən sözlərin və melodiyanın müəllifiyəm. Mənim üçün vacibdir ki, klip düşüncələrimi və daxili vəziyyətimi əks etdirsin."
Trekin aranjimanı məşhur musiqiçi Farid Ağa tərəfindən hazırlanıb. Müasir üsluba əlavə olunan şərq notları kompozisiyaya fərqli musiqi atmosferi qazandıraraq layihənin emosional təsirini gücləndirir.
Klipin əsas xüsusiyyəti onun tamamilə süni intellekt vasitəsilə yaradılmasıdır. Süjet xətti və vizual obrazlar layihənin müəllifi tərəfindən formalaşdırılıb. Sofi Fayro layihədə müğənni olmaqla yanaşı, söz və melodiyanın müəllifi, ssenari müəllifi, rejissor, montajçı və prodüser kimi çıxış edir. Layihə SANSARA MUSIC prodakşn dəstəyi ilə ərsəyə gəlib.
Xəbərə aid video
28 fevraldan bəri ABŞ və İsrail hücumları nəticəsində ən azı 555 İra
Gürcüstanın paytaxtı Tbilisinin meri Kaxa Kaladze hazırda Birləşmiş Ər�
Əməkdar artist Rəhilə Bəndəliyeva "Öz aramızda" verilişində
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır
Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi ya
Bir müddət əvvəl həbsdən azad olunan və hazırda barəsində başqa cinay
Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi ya
Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin
Xəbər verdiyimiz kimi, istirahət üçün Dubaya yollanan bloqer cütlük Ülv
Müğənni Elvin Mirzəzadə Dubayda qalıb.
"Azərbaycan dövləti və xalqına minnətdaram ki, bu çətin dövrdə ö
Türkiyədə yayımlanan "Yeraltı" serialı ilə bağlı yeni iddia g
