Həbsdən çıxan müğənni 4 dəfə adsoyadını DƏYİŞİBMİŞ
Digərləri 02 Mar 2026 13:53:00 182 0
Bir müddət əvvəl həbsdən azad olunan və hazırda barəsində başqa cinayət işi üzrə məhkəmə prosesi davam edən müğənni Dəniz Əsədovanın dörd dəfə ad və soyadını dəyişdiyi məlum olub.
Bu xəbəri də oxu: İranda bu şəxslərin əmlakları müsadirə ediləcək
Son.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə müğənni ilə bağlı keçirilən cinayət işi üzrə ittiham aktında şahid və zərərçəkmişlərin ifadələrində qeyd olunub.
Belə ki, ictimaiyyətin Dəniz Əsədova kimi tanıdığı şəxsin əvvəlki adı Aygün olub. O, müxtəlif vaxtlarda Aygün Dostəliyeva, daha sonra Aygün Miriyeva soyadlarını daşıyıb. Dəniz adını götürməzdən əvvəl isə Aygün Əsədova kimi tanınıb.
Cinayət işi materiallarında qeyd olunub ki, Aygün Əsədova pul müqabilində saxta əlillik sənədi düzəltmək məqsədilə müxtəlif şəxslərlə danışıqlar aparıb. İttihama görə, o, son olaraq adını yenidən dəyişərək Dəniz Əsədova olub və bundan sonra müğənnilik fəaliyyətinə başlayıb.
Qeyd edək ki, Dəniz Əsədova barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə), 32.311.3.3-cü (təkrar, külli miqdarda rüşvət almağa təhrik etmə), 32.312.3.3-cü (rüşvət verməyə təhrik etmə) və 320-ci (rəsmi sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, o, vətəndaşlardan pul alaraq saxta əlillik sənədləri düzəltməkdə təqsirləndirilir. Bildirilir ki, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi, hazırda barəsində məhkəmə araşdırması aparılan Rauf İsfəndiyarovla əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib.
İş üzrə dövlətə 1.6 milyon manat məbləğində ziyan vurulduğu iddia edilir.
Xatırladaq ki, Dəniz Əsədova bundan əvvəl dələduzluq, eləcə də bir neçə şəxsə qarşı təhqir və böhtan ittihamları üzrə xüsusi ittiham qaydasında məhkum edilib. O, vəkil Asim Abbasovu təhqir etdiyinə və ona böhtan atdığına görə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 7 ay müddətinə azadlıqdan məhrum olunub. Daha sonra başqa bir şəxslə bağlı analoji əmələ görə cəzası artırılıb.
Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunan amnistiya aktı əsasında çəkilməmiş cəzasından azad edilib.
Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi ya
Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin
Xəbər verdiyimiz kimi, istirahət üçün Dubaya yollanan bloqer cütlük Ülv
Müğənni Elvin Mirzəzadə Dubayda qalıb.
"Azərbaycan dövləti və xalqına minnətdaram ki, bu çətin dövrdə ö
Türkiyədə yayımlanan "Yeraltı" serialı ilə bağlı yeni iddia g
İranda yüksək səviyyəli şəxslər öldürülüb. Yalnız İranın Qüds
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ölkənin Ali Lideri Seyid �
Bu ildən Əmək Məcəlləsində əhəmiyyətli dəyişikliklər edilib. Bu də
Türkiyə ilə İran sərhədindəki hər üç keçid məntəqəsində sərnişi
Fevralın 28-də və martın 1-də ölkə ərazisində qeydə alınan 73, əvvə
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu bu gün yalnız Az
