“Azərbaycan Dəmir Yolları” QSC-nin gənc fəhləsi bədbəxt hadisə nəticəsində ölüb


Sosial 22 İyn 2018 10:58:56 343 0

“Azərbaycan Dəmir Yolları” QSC-nin gənc fəhləsi bədbəxt hadisə nəticəsində ölüb

Faktla bağlı araşdırma aparılır

“Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasında çalışan şəxs bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

“Report”un xəbərinə görə, orada fəhlə işləyən 1997-ci il təvəllüdlü Xəyal Bədəlov iş başında elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.