Bakıda polislər parkda səhhəti pisləşən qadına tibbi yardım göstərib - FOTO


Sosial 22 İyn 2018 08:27:27 298 0

Bakıda polislər parkda səhhəti pisləşən qadına tibbi yardım göstərib - FOTO

O, yüksək qan təzyiqindən burnundan çoxlu qan gəlib

Xəstəxanada müalicə olunan qadın parkda gəzərkən burnundan çoxlu qan gəldiyi üçün huşunu itirib.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində baş verib.

Yaşlı qadınHeydər Əliyev Mərkəzinin yaxınlığındakı parka nəvəsini görməyə gəlib. Lakin o, yüksək qan təzyiqindən əziyyət çəkdiyindənburnundan qan gəlib. Çoxlu qan itirdiyindən huşsuz vəziyyətə düşən qadını yaxınlıqdan keçən Nərimanov Rayon Çevik Polis Alayının əməkdaşları görüb. Onlar xidmət vaxtı avtomobildə olan tibb çantasından istifadə edərək, qadına ilkin tibbi yardım göstəriblər.

Polis əməkdaşları tərəfindən əraziyə Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları çağırılıb və xəstə müalicə olunduğu Neftçilər Xəstəxanasına aparılıb.

Polisin bu əməlini görən vətəndaşlar onların xeyirxahlığınımobil telefon vasitəsilə qeydə alıb. Parkda gəzən sakinlər Nərimanov Rayon Çevik Polis Alayının əməkdaşlarına bu əməllərinə görə təşəkkür ediblər.