Əli Əhmədov: "Cəmiyyətin təhsilə münasibəti dəyişməlidir"


Sosial 21 İyn 2018 12:55:00 297 0

Əli Əhmədov: "Cəmiyyətin təhsilə münasibəti dəyişməlidir"

"Dövlətin təhsilə diqqət və qayğısının artmasına ehtiyac var"

"Hər şeydən əvvəl cəmiyyətin təhsilə münasibəti dəyişməlidir".

"Report" xəbər verir­ ki, bunuBaş nazirin mü­avini Əli Əhmədov Təhsil Nazi­rliyinin hesabat tədb­irində dey­ib.

Onun sözlərinə görə,dövlətin təhsilə diqqət və qayğısının artmasına ehtiyac var: "Ölkədə insan kapitalının rolunun artırılması təhsilin keyfiyyətinin yüksəldilməsindən kənarda dura bilməz".

Ə.Əhmədov bildirib ki,diaqnostik qiymətləndirilmə nəticəsində müəllimlərin maaşı artıb: "Maaşın artırılması müəllimlərin nüfuzunun artmasına təsir edir. Təhsilin cəmiyyət üçün dəyər kimi nüfuzunun artırılması vacibdir".