Azərbaycanda müəllimlərin 23,5 faizi 300 AZN-ə qədər maaş alır


Sosial 21 İyn 2018 11:51:47 342 0

Azərbaycanda müəllimlərin 23,5 faizi 300 AZN-ə qədər maaş alır

3,5 faizi isə 900 manat və yuxarı əmək haqqı alır

Azərbaycanda müəllimlərin əmək haqqısı açıqlanıb.

"Report"un xəbərinə görə,Təhsil Nazirliyinin illik hesabatının açıqlanması ilə bağlı tədbirdəTəhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev bildirib ki, 2014-2017-ci illər ərzində 134 136 min müəllim diaqnostik qiymətləndirilmədən keçib.

Onun sözlərinə görə, Azərbaycanda olan müəllimlərin 23,5 faizi 300 AZN-ə qədər əmək haqqı alır: "Müəllimlərin 35,9 faizi 300-500 manat arası, 27,1 faizi 500-700 manat arası, 10 faizi 700-900 manat arası, 3,5 faizi isə 900 manat və yuxarı əmək haqqı alır".