"Qaçqınkom"un sədri "Məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər bundan davam etdiriləcək"


Sosial 20 İyn 2018 17:28:42 305 0

"Qaçqınkom"un sədri "Məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər bundan davam etdiriləcək"

"BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmalıdır"

"Cocuq Mərcanlı əhalisinin kəndəqayıdışı bütün məcburi köçkünlərin öz torpaqlarına qayıdacağına ümidi artırıb".

"Report" xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri Rövşən Rzayev Ümumdünya Qaçqınlar günü ilə bağlı tədbirdə deyib.

O bildirib ki, Azərbaycanda məskunlaşmış məcburi köçkünlərin təhsil və məşğulluğu hökumətin daim diqqət mərkəzindədir: "Məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər bundan sonra da davam etdiriləcək".

R.Rzayev qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmalıdır: "İnanıram ki, biz haqlı səsimizi dünyaya çatdırmaqla Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik".