İrana bu avtobus reysləri təxirə salınır


Digərləri 28 Fev 2026 13:53:00 158 0

İrana bu avtobus reysləri təxirə salınır

Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran İslam Respublikasının ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb.

Son.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilir ki, fevralın 28-də Bakıdan Naxçıvana olan 19:00 və 20:00 reysləri, Bakıdan Şərura olan 21:00 reysi, Naxçıvandan Bakıya olan 15:30, 16:30 və 17:30 reysləri, eləcə də Şərurdan Bakıya olan 16:30 reysi müvəqqəti təxirə salınır.

Bakı-Naxçıvan-Bakı reyslərinin bərpası barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Əlavə suallar yaranarsa, sərnişinlər AYNA-nın "141" Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Yük nəqliyyat vasitələrinin isə İran-Azərbaycan sərhədindən keçməsi ilə bağlı hər hansı bir problem yaşanmır və məhdudiyyət tətbiq olunmur. Daşıyıcılarla mütəmadi olaraq əlaqə saxlanılır və məsələ nəzarətdədir. Hər hansı dəyişiklik olarsa, ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

"ABŞ İranda genişmiqyaslı döyüş əməliyyatlarına başlayıb"  Tramp like
  • 28 Fev 11:49  
Dünya "ABŞ İranda genişmiqyaslı döyüş əməliyyatlarına başlayıb" Tramp

ABŞ İranda genişmiqyaslı döyüş əməliyyatlarına başlayıb.

arrow Ətraflı
"Artıq qapalı geyinmək istəyirəm" like
  • 28 Fev 11:34  
Şou-biznes "Artıq qapalı geyinmək istəyirəm"

Müğənni Qumral Musayeva son çıxışı ilə yenidən diqqət mərkəzinə ç

arrow Ətraflı
BakıDubay və BakıCiddə reysləri Bakıya geri qayıdıb like
  • 28 Fev 11:30  
Digərləri BakıDubay və BakıCiddə reysləri Bakıya geri qayıdıb

Azərbaycan Hava Yolları aviaşirkətinin J2-011 nömrəli Bakı-Dubay və J2-1

arrow Ətraflı
Verilişi bağlanan Elgiz bunları DEMİŞDİ like
  • 28 Fev 10:56  
Şou-biznes Verilişi bağlanan Elgiz bunları DEMİŞDİ

ARB telekanalında yayımlanan "Elgizlə izlə" proqramının bağlanm

arrow Ətraflı
İsrailin hava məkanı rəsmi olaraq bağlandı like
  • 28 Fev 10:55  
Dünya İsrailin hava məkanı rəsmi olaraq bağlandı

İsrailin hava məkanı rəsmi şəkildə bağlanıb.

arrow Ətraflı
İsraildə fövqəladə vəziyyət elan edildi like
  • 28 Fev 10:46  
Dünya İsraildə fövqəladə vəziyyət elan edildi

İsraildə fövqəladə vəziyyət elan edilib.

arrow Ətraflı
İsrail İrana zərbələr endirməyə başladı like
  • 28 Fev 10:41  
Dünya İsrail İrana zərbələr endirməyə başladı

İsrail ordusu İrana qarşı əks-hücum əməliyyatlarına başlayıb.

arrow Ətraflı
İntellekt bolluğu, pul qıtlığı: qlobal zəka böhranının anatomiyası like
  • 28 Fev 10:40  
Digərləri İntellekt bolluğu, pul qıtlığı: qlobal zəka böhranının anatomiyası

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
Tehranda partlayış səsləri eşidildi like
  • 28 Fev 10:28  
Dünya Tehranda partlayış səsləri eşidildi

Tehranda partlayış səsləri eşidilib.

arrow Ətraflı
DİNdən xəbərdarlıq: Pulunuz oğurlana bilər like
  • 28 Fev 10:24  
Digərləri DİNdən xəbərdarlıq: Pulunuz oğurlana bilər

Daxili İşlər Nazirliyi növbəti dəfə vətəndaşlara müraciət edərək k

arrow Ətraflı
Edislə bağlı qərar verildi like
  • 28 Fev 10:17  
Şou-biznes Edislə bağlı qərar verildi

Xəbər verdiyimiz kimi, Edis xaricdən qayıdarkən İstanbul Havalimanında sa

arrow Ətraflı
Bakının mərkəzindəki 3 bina SÖKÜLÜR like
  • 28 Fev 10:15  
Digərləri Bakının mərkəzindəki 3 bina SÖKÜLÜR

Bakının mərkəzində 3 bina sökülür.

arrow Ətraflı
“Mənə heç bir efir qadagası qoyulmayıb” like
  • 28 Fev 10:06  
Şou-biznes “Mənə heç bir efir qadagası qoyulmayıb”

Müğənni Ofelya Şabanova barəsində sosial şəbəkələrdə yayılan "

arrow Ətraflı
Narkotik çəkib maşın sürən TUTULDU like
  • 28 Fev 09:56  
Kriminal Narkotik çəkib maşın sürən TUTULDU

Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkoti

arrow Ətraflı
Şeyx Əbdül küsülü olduğu Rasim Balayevdən DANIŞDI: “Hər səhər dua edirəm" like
  • 28 Fev 09:45  
Şou-biznes Şeyx Əbdül küsülü olduğu Rasim Balayevdən DANIŞDI: “Hər səhər dua edirəm"

Xəbər verdiyimiz kimi, uzun müddətdir xəstəxanada müalicə alan Xalq arti

arrow Ətraflı