Şeyx Əbdül küsülü olduğu Rasim Balayevdən DANIŞDI: “Hər səhər dua edirəm"
Şou-biznes 28 Fev 2026 09:45:00 117 0
Xəbər verdiyimiz kimi, uzun müddətdir xəstəxanada müalicə alan Xalq artisti, rejissor Əbdül Mahmudov evə buraxılıb. Onun vəziyyəti artıq stabildir. Qeyd edək ki, Əbdül Mahmudov Xalq artisti Rasim Balayevlə uzun illər yaxın dost olub. Lakin son dönəmlərdə iki sənətkarın arasında soyuqluq yaranmışdı. Nəzərə alaq ki, Rasim Balayevin də hazırda səhhətində problemlər var və Türkiyədə müalicə alır. Bəs bu həssas dönəmdə köhnə dostların münasibəti necədir? Bu barədə Bizim.Media-ya danışan Əbdül Mahmudov fikirlərini Aşıq Ələsgərin bir beytilə ifadə edib: "Dost-dostdan inciyər, qəlbində dönməz. Olar bir az ərki naz arasında".
Bu xəbəri də oxu: İrəm Derici nişanlısı ilə barışdı
Rasim məndən 4 yaş kiçikdir. Bizim aramızda inciklik şəxsi münasibətlər üzündən olmayıb. Bilirsiniz, mən uzun illər demişəm ki, bir ölkədə 2 kino qurumu olmaz, bunlar birləşdirilməlidir. Bunu da aparıb bəzi ağzıgöyçəklər Rasimə başqa cür çatdırırdılar. Aramız bu səbəbdən soyuq idi.
İndi şükür Allaha, iki kino qurumu birləşdi. Yaxın vaxtlarda qurultay olacaq. Hər səhər ilk işim Rasimə görə dua eləməkdir. Allah ona can sağlığı versin, sağ-salamat gəlsin, qurultayımızı keçirək. Mənim sədrliyə yeganə namizədim odur".
Şamaxı Rayon İcra Hakimiyyətinə yeni kadr təyin olunub.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görü
İstanbulda güclü külək nəticəsində aşan ağacın altında qalaraq ağı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
Dünyanın bəzi bölgələrində rast gəlinən qeyri-adi ənənələrdən biri
Perflorononanoik turşu (PFNA) və perflorooktanosülfonamid (PFOSA) bioloji ya�
Azərbaycanda 250 kiloqram çəkidə olduğu bildirilən kişinin görüntülər
Son illər sosial şəbəkələrdə populyarlıq qazanan azərbaycanlı bloqerl�
Xüsusilə güzgülər və bahalı kristal qablar mikrofiberin lifləri tərəfi
İndiyə qədər kainatdakı bütün hissəciklər iki qrupa bölünürdü: Ferm
Sosial şəbəklərdə 1932-ci ildən 2017-ci ilə qədər doğulmuş vətənda�
Bu resept adi dolmalardan fərqli olaraq sobada bişirilir, bu da soğanların y
Əməkdar artist Nüşabə Əlsəgərli həyat yoldaşı Rza ilə fotosunu payla
