Ramin Hacılı barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib


Sosial 20 İyn 2018 11:29:00 114 0

Ramin Hacılı barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib

Onun barəsində cinayət işi başlanılıb

Dövlət sərhədini qanunsuz keçmək istəyərək saxlanılan Ramin Hacılı barəsində cinayət işi başlanılıb.

"Report"un əldə etdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq İdarəsində onun barəsində 29, 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə R.Hacılı barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

O, ittihamı qəbul etmədiyini deyib.

Daha sonra R.Hacılı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Hazırda DSX-nın İstintaq İdarəsi tərəfindən istintaq araşdırmaları davam etdirilir.

Qeyd edək ki, DSX-nın yaydığı məlumata əsasən, iyunun 4-də DSX-nin sərhəd qoşunlarının Zaqa­tala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Ba­la­kən rayo­nu­nun Mazımqara kəndinin yaxınlığın­dakı sərhəd zastava­sı­nın xid­mə­ti ərazisində dövlət sərhə­dinin po­zulmasının qarşısı alınıb. Belə ki, həmin tarixdə sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azər­baycan Res­pub­likası vətəndaşı – 1983-cü il tə­vəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qa­sı­mov Fəx­rəddin Azad oğlu saxlanılıb.

İlkin araşdırma zamanı R.Hacılı ölkədən çıxışına qadağa qoyul­ması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahə­sindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazi­sinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçiril­mə­­­sində ona kömək et­məsini etiraf edib. F.Qasımov da eyni məzmunlu ifadə verib.

R.Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qay­tar­mağa çalışmasını bildirib.

Aqrar sığorta haqqında yeni qanun nə vaxt qəbul olunacaq? like
  • 20 İyn 11:24  
Digərləri Aqrar sığorta haqqında yeni qanun nə vaxt qəbul olunacaq?

Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında yeni qan

arrow Ətraflı
Güləşçilərimiz Avropa çempionatında 6 medal qazanıb like
  • 20 İyn 11:24  
İdman Güləşçilərimiz Avropa çempionatında 6 medal qazanıb

 Macarıstanın Qyör şəhərində 2003-2004-cü il təvəllü

arrow Ətraflı
Türkiyə iyunun 21-də F-35 qırıcılarına sahib olacaq like
  • 20 İyn 11:23  
Digərləri Türkiyə iyunun 21-də F-35 qırıcılarına sahib olacaq

Türkiyə iyunun 21-də F-35 qırıcılarına sahib olacaq

arrow Ətraflı
Üzeyir Mehdizadə evlənir like
  • 20 İyn 11:19  
Şou-biznes Üzeyir Mehdizadə evlənir

Azərbaycanın daha bir məşhur müğənnisi subaylığın daşını atır.

arrow Ətraflı
Oğlunun gözü qarşısında təcavüzə uğrayan qadın həmin anı VİDEOya çəkdi  FOTO like
  • 20 İyn 11:15  
Digərləri Oğlunun gözü qarşısında təcavüzə uğrayan qadın həmin anı VİDEOya çəkdi FOTO

Azyaşlı oğlunun gözü qarşısında təcavüzə uğrayan qadın onu narahat

arrow Ətraflı
Opera və Balet Teatrında “Paris partladı” tamaşasının premyerası olacaq like
  • 20 İyn 11:14  
Digərləri Opera və Balet Teatrında “Paris partladı” tamaşasının premyerası olacaq

Görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jord

arrow Ətraflı
Beyonsa oxşayan Aygün  FOTO like
  • 20 İyn 11:10  
Şou-biznes Beyonsa oxşayan Aygün FOTO

Xalq artisti Aygün Kazımova şəhər restoranlarından birində konsert verib

arrow Ətraflı
Müdafiə Nazirliyi Günnüt kəndinin işğaldan azad edilməsinə dair VİDEO yaydı like
  • 20 İyn 11:08  
Siyasət Müdafiə Nazirliyi Günnüt kəndinin işğaldan azad edilməsinə dair VİDEO yaydı

Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt k

arrow Ətraflı
Astara gömrük keçid məntəqəsində ölüm like
  • 20 İyn 11:05  
Digərləri Astara gömrük keçid məntəqəsində ölüm

Astara gömrük keçid məntəqəsində ölüm hadisəsi baş verib.

arrow Ətraflı
Dünya çempionatındakı uğursuzluğa görə qovuldu like
  • 20 İyn 11:02  
İdman Dünya çempionatındakı uğursuzluğa görə qovuldu

Misir Futbol Assosiasiyası (MFA) milli komandanın argentinalı baş m

arrow Ətraflı
Bakıda şəkər xəstəsi intihar etdi like
  • 20 İyn 11:01  
Digərləri Bakıda şəkər xəstəsi intihar etdi

Bakı şəhəri, Xətai rayonundakı mənzillərdən birində yaşayan 1954-cü

arrow Ətraflı
Güləşçilərimiz Avropa çempionatından 6 medalla qayıdır (FOTO) like
  • 20 İyn 11:01  
Digərləri Güləşçilərimiz Avropa çempionatından 6 medalla qayıdır (FOTO)

Macarıstanın Györ şəhərində 2003-2004-cü il təvəllüdlü yeniyetmələ

arrow Ətraflı