Sumqayıtda 2-ci sinif şagirdini avtomobil vurub


Sosial 19 İyn 2018 17:59:13 267 0

Sumqayıtda 2-ci sinif şagirdini avtomobil vurub

Faktla bağlı araşdırma aparılır

Sumqayıt şəhərində 2-ci sinif şagirdini avtomobilvurub.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə 4-cü məhəllə ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 2011-ci il təvəllüdlü Məmmədov Mehti Fərhad oğlu yaşadığı ərazidə yolu keçmək istəyərkən qarşı tərəfdən gələn avtomobil tərəfindən vurulub. O, dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.