Bakıda sürücü avtomobilindən düşərkən ona 4 bıçaq zərbəsi vurulub


Sosial 19 İyn 2018 07:44:17 415 0

Bakıda sürücü avtomobilindən düşərkən ona 4 bıçaq zərbəsi vurulub

Sürücüyə iki nəfər qəfil hücum edib

Binəqədi rayonunda orta yaşlı kişi tanımadığı şəxslər tərəfindən bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Atatürk prospektində baş verib.

Ayna Sultanova adına parkın yaxınlığında ailəsi ilə birgə avtomobilindən enən 1987-ci il təvəllüdlü Atakişiyev Elvin Məhərrəm oğluna 2 nəfər naməlum şəxs yaxınlaşıb. Naməlum şəxslərdən biri qəfil E.Atakişiyevə 4 bıçaq zərbəsi vurub.

Yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Araşdırma aparılır.

Qeyd edək ki, E.Atakişiyev bu günhəyat yoldaşı ilə birlikdə Rusiyadan Bakıya gəlib.