Kanadanın baş naziri müsəlmanların Ramazan bayramını təbrik edib
Sosial 15 İyn 2018 04:37:43 306 0
Castin Trüdo onlara ən xoş arzularını çatdırıb
Kanadanın baş naziri Castin Trüdo dünya müsəlmanlarını mübarək Ramazan ayının başa çatması və Fitr bayramı münasibəti ilə təbrik edib.
“Report” xəbər verir ki, baş nazirin videmüraciəti onun rəsmi "Facebook" səhifəsinə yerləşdirilib.
Castin Trüdo müsəlmanlara ən xoş arzularını çatdırıb:
"Salam aleykum. Bu gün Kanada və dünya müsəlmanları Fitr bayramını qeyd edir və həmçinin müqəddəs Ramazan bayramı başa çatır. Bu münasibətlə hər kəsi təbrik edirəm", - deyə o bildirib.
Mənbə: report.az