Bakıda gənc oğlan küçədə tanımadığı şəxs tərəfindən bıçaqlanıb - VİDEO


Sosial 13 İyn 2018 08:34:00 265 0

Bakıda gənc oğlan küçədə tanımadığı şəxs tərəfindən bıçaqlanıb - VİDEO

Yaralı çoxlu qan itirib

Paytaxtın Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1991-ci il təvəllüdlü Cəfərov Fuad Amin oğlu Vəzirov küçəsi ilə evə gedərkən ona tanımadığı şəxs yaxınlaşıb.

Bu zaman onların aralarında mübahisə düşüb. Nəticədə F.Cəfərovun sağrı nahiyəsinə iki bıçaq zərbəsi vurulub.

Yaralı çoxlu qan itirib. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.