Bakıda piyada keçidindən istifadə etməyən kişini maşın vurub


Sosial 12 İyn 2018 23:41:05 232 0

Bakıda piyada keçidindən istifadə etməyən kişini maşın vurub

Yaralı xəstəxanaya yerləşdirilib

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, 1969-cu il təvəllüdlü Zəkizadə Müşviq Nicat oğlu Sərhədçi İdman Kompleksinin qarşısında piyada keçidindən istifadə etməyərək qəfil nəqliyyatın sıx hərəkət etdiyi yola çıxıb.

Nəticədə onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.