Bakıda qapı-pəncərə sexində kütləvi dava zamanı fəhlə bıçaqlanıb
Sosial 12 İyn 2018 06:44:38 267 0
1 nəfər şübhəli şəxs qismində saxlanılıb
Bakıda qapı-pəncərə sexində kütləvi dava zamanı fəhlə bıçaqlanıb.
"Report" un xəbərinə görə, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 5 ünvanında yerləşən qapı-pəncərə sexinin 5 əməkdaşı arasında əlbəyaxa dava olub.
Nəticədə 1966-ci il təvəllüdlü Fərhadzadə Hüseyn Zəfərqulu oğlu bıçaqlanıb. O, aldığı xəsarətlərə görə, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis bölməsinin əməkdaşları əraziyə cəlb edilib.
Bir nəfər şübhəli şəxs qismində saxlanılıb.
Mənbə: report.az