Bank Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Gömrük Komitəsi məhkəməyə verib


Sosial 09 İyn 2018 17:48:20 257 0

Bank Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Gömrük Komitəsi məhkəməyə verib

Qərardaddan narazı qalan bank apellyasiya şikayəti verib

“Bank Respublika” ASCKənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi və Dövlət Gömrük Komitəsini məhkəməyə verib.

“Report”un xəbərinə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC maddi zərərin ödənilməsi barədə tələb irəli sürüb.

Maddi zərərin nədən ibarət olduğu isə açıqlanmayıb.

Məhkəmə iddianın mümkünsüz sayılması barədə qərardad çıxarıb.

Qərardaddan narazı qalan bank apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin çıxardığı qərardadı ləğv edib. İş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb.