Bakıda mağaza sahibini öldürməkdə təqsirləndirilən şəxs apellyasiya şikayəti verib


Sosial 09 İyn 2018 17:11:00 273 0

Bakıda mağaza sahibini öldürməkdə təqsirləndirilən şəxs apellyasiya şikayəti verib

Şikayət hakim Əflatun Qasımovun sədrliyi ilə araşdırılacaq

Bakıda mağaza sahibini öldürməkdə təqsirləndirilən Əmrah Əlizadənin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

“Report”un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas iyunun 13-nə təyin edilib.

Şikayət hakim Əflatun Qasımovun sədrliyi ilə araşdırılacaq.

İttihama görə, hadisə ötən il yanvarın 9-da Sabunçu rayonu, Bilgəh qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində Ə.Əlizadə Hacıbaba Məmmədovu icarəyə götürərək işlətdiyi ərzaq mağazasında bıçaqlayıb. H.Məmmədov 3 saylı Sabunçu şəhər xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. H.Məmmədovu öldürən Ə.Əlizadə saxlanılaraq istintaqa təhvil verilib.

Cinayəti törədən Ə.Əlizadə H.Məmmədovun qonşusudur.

Məlumata görə, hadisə pul üstündə baş verib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.