AMEA-nın Adlı mükafatları sahiblərinə təqdim olunub


Sosial 08 İyn 2018 12:37:46 297 0

AMEA-nın Adlı mükafatları sahiblərinə təqdim olunub

Qaliblərin hər birinə 5 min manat məbləğində pul mükafatı veriləcə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Adlı mükafatları sahiblərinə təqdim olunub.

"Report" xəbər verir ki, yarımkeçiricilərdə elektrik keçirmə mexanizminin aktual problemlərinə həsr olunan fundamental elmi tədqiqatlarına, nadir torpaq elementləri ilə aktivləşdirilmiş birləşmələr əsasında effektiv rəngli lümenessent şüalanma mənbələrinin tədqiqinə verdiyi mühüm töhfələrə görə akademik Bahadur Tağıyev AMEA-nın Nəsirəddin Tusi adına, biomüxtəliflik üzrə müasir elm sahələrində uzunmüddətli silsilə tədqiqatlarla əldə etdiyi mühüm elmi nailiyyətlərə və yüksəkixtisaslı kadrların hazırlanmasındakı xidmətlərinə görə AMEA-nın müxbir üzvü Zeynal Əkpərov AMEA-nın Həsən bəy Zərdabi adına, qeyri-kovalent əlaqələrin, "dopinq" və "spayder" effektlərinin zərif üzvi sintez reaksiyalarında və molekulların dizaynında rolunun müəyyən edilməsində, aktiv nano quruluşların sintezi, müxtəlif mühitlərdə stabilləşdirməsi və tətbiqi sahəsində tədqiqatlara görə akademik Abel Məhərrəmov AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafata layiq görülüb.

Bundan əlavə, xalq rəssamı Tahir SalahovaAzərbaycan incəsənətində böyük xidmətlərinə görə AMEA-nın Üzeyir Hacıbəyli adına,geologiya-mineralogiya üzrə elmlər doktoruAdil ƏliyevəAzərbaycanda palçıq vulkanizmi sahəsində fundamental tədqiqatların inkişafına verdiyi mühüm töhfələrə görə AMEA-nın akademik Musa Əliyev adına,akademikNailə VəlixanlıyaisəAzərbaycan qədim dövr tarixinin tədqiqi və təbliğində xidmətlərinə görə AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatı təqdim olunub.

Qaliblərin hər birinə 5 min manat məbləğində pul mükafatı veriləcək.