Bakıda taksi sürücüsü avtomobilində bıçaqlanaraq ağır xəsarət alıb - FOTO


Sosial 07 İyn 2018 07:29:51 307 0

Bakıda taksi sürücüsü avtomobilində bıçaqlanaraq ağır xəsarət alıb - FOTO

Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir

Nəsimi rayonunda bir nəfər avtomobilində naməlum şəraitdə bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə İbrahim Əbilov 81 ünvanında baş verib.

1981-ci il təvəllüdlü Hüseynov Rəşad Ədalət oğlu idarə etdiyi "Saipa" markalı avtomobili ilə yaşadığı "Kubinka" kimi tanınan əraziyə gəlib.

O, yaralı halda qonşularının köməkliyi ilə 1 saylı Kliniki Tibbi mərkəzə yerləşdirilib.

Məlum olub ki, R.Hüseynovun ürək nahiyəsinə iti alətlə xəsarət yetirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisənin dəqiq harda, kim yaxudkimlər tərəfindən törədildiyi araşdırılır.

Foto: Ruslan Məmmədov