Bakıda həbsdən çıxan ata həyat yoldaşı və uşaqlarını döyərək onlara xəsarət yetirib


Sosial 06 İyn 2018 05:43:13 306 0

Bakıda həbsdən çıxan ata həyat yoldaşı və uşaqlarını döyərək onlara xəsarət yetirib

Yaralılardan biri xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib

Bakının Nərimanov rayonunda bir ailənin üç üzvü döyülüb.

"Report" xəbər verir ki, Əliyar Əliyev küçəsi, 7 ünvanında yaşayan Xanlar Qurbanov evə gələrək ailə üzvləri ilə mübahisə edib.

O, əvvəlcə 1997-ci il təvəllüdlü oğlu Sirac Qurbanovu döyərək ona xəsarətlər yetirib. Bununla hirsi soyumaayan X.Qurbanov 1969-cu il təvəllüdlü həyat yoldaşı Qurbanova Reyhan Çingiz qızını da döyüb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Kişi ardınca qızı Q.S-nı da döyüb.

Yaralılardan S.Qurbanovun vəziyyəti nisbətən ağır olduğundan o, xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi araşdırma aparır.

Hadisəni törədən X.Qurbanov əvvələr məhkumluq həyatı yaşayıb. O, bir neçə gün öncə həbsxanadan azad olub.