Seysmologiya Mərkəzi: Zəlzələnin maqnitudası 5,5 gücündə olub


Sosial 05 İyn 2018 22:59:30 332 0

Seysmologiya Mərkəzi: Zəlzələnin maqnitudası 5,5 gücündə olub

Zəlzələ yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində qeydə alınıb

AMEA-nın Respublika Seysmologiya Xidmət Mərkəzi Azərbaycanda baş vermiş zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.

“Report” Mərkəzin saytına istinadən xəbər verir ki, zəlzələ, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində qeydə alınıb.

Yeraltı təkanlar yeni 2 km dərinliyində 5,5 maqnituda gücündə olub.