Bakıda dairədə yolu keçmək istəyən iki gənc qızı maşın vurub


Sosial 05 İyn 2018 02:40:11 315 0

Bakıda dairədə yolu keçmək istəyən iki gənc qızı maşın vurub

Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Bakının Sabunçu rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, 24 yaşlı Qasımova Lətafət Əsgər qızı və 23 yaşlı Xanıyeva Könül Namiq qızı Maştağa qəsəbəsindəki Məhəmmədi dairəsindən keçərkən, onların hər ikisini avtomobil vurub.

Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

L.Qasımovanın vəziyyəti ağır olduğundan o, xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.