Bakıda "Neokolonializm və qlobal bərabərsizlik" mövzusunda beynəlxalq konfrans keçiriləcək


Digərləri 18 Fev 2026 11:51:00 84 0

Bakıda "Neokolonializm və qlobal bərabərsizlik" mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda "Neokolonializm və qlobal bərabərsizlik" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Son.az xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə fevralın 19-da baş tutacaq tədbirə ilk dəfə müstəmləkə ərazilərinin yerli əhalisi ilə birbaşa yerində işləyən antropoloqlar və psixoterapevtlər, müstəmləkəçiliyə həsr edilmiş Virtual Muzeyin yaradılmasında iştirak etmiş ekspertlər, eləcə də həmin ərazilərdə fəaliyyət göstərən müstəqillik hərəkatlarının rəhbər şəxsləri, həmçinin neokolonializm sahəsində ixtisaslaşmış tədqiqatçılar qatılacaqlar.

Konfransda müxtəlif sosial və mədəni kontekstlərdə müstəmləkəyə məruz qalmış xalqların travmatik və sosial təcrübələri, müstəmləkə güclərinin qanunsuz fəaliyyətindən qaynaqlanan struktur problemlər və davam edən bərabərsizlik hallarının birbaşa öyrənilməsi, eləcə də bu təcrübələrin sənədləşdirilməsi, təhlili və beynəlxalq müstəviyə çıxarılması üçün məlumatlara əlçatanlığın təmin olunması məsələləri ətrafında müzakirələr aparılacaq.

Eyni zamanda, fərdi həyat hekayələrinin sənədləşdirilməsi və bu tipli materialların beynəlxalq platformalarda yayılması, xüsusilə kolonializmin əsarət altında yaşayan xalqlarda yaratdığı travmatik təsirlər və psixoloji nəticələrinin elmi tədqiqat obyekti kimi nəzərdən keçirilməsi məsələləri gündəmə gətiriləcək.

Müzakirələrdə həmçinin rəqəmsal və elmi platformaların beynəlxalq təşkilatların müvafiq virtual sistemləri ilə inteqrasiyası, müstəmləkəçiliyi tədqiq edən beynəlxalq araşdırma qrupları, ekspertlər və məhkəmə materialları üçün əlçatanlığın təmin olunması məsələləri diqqət mərkəzində olacaq.

Qeyd edək ki, konfrans tarixi baxımdan əhəmiyyətlidir. Belə ki, ilk dəfə antropoloqlar və psixoterapevtlər müstəmləkə əsarətindən təsirlənən yerli əhali ilə birbaşa işləyərək fərdi və qrup müsahibələr aparıb, travmatik təcrübələri qiymətləndirib, həyat hekayələrini sənədləşdirib, həmçinin sosial, mədəni və psixoloji təsirləri sistemli şəkildə qeydə alıblar.

Xatırladaq ki, beynəlxalq tədbirdən əvvəl müstəmləkəçiliyi qlobal səviyyədə əks etdirən dünyada ilk Virtual Muzeyin təqdimatının keçiriləcəyi və geniş ictimaiyyətə təqdim ediləcəyi gözlənilir. Bakı Təşəbbüs Qrupu tərəfindən yaradılan Virtual Muzey dünyada müstəmləkəçiliyə və onun yeni təzahürlərinə həsr edilmiş ilk virtual platforma olacaq./Report

Amina Şafikova saxlanıldı like
  • 18 Fev 11:49  
Dünya Amina Şafikova saxlanıldı

Başqırdıstan Respublikasının mədəniyyət naziri Amina Şafikova fevralın

arrow Ətraflı
ANAMAnın əməkdaşı minaya düşdü like
  • 18 Fev 11:42  
Digərləri ANAMAnın əməkdaşı minaya düşdü

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verir

arrow Ətraflı
Qumral efirdə AĞLADI: “Yatağa düşdü, yemədi, danışmırdı...” like
  • 18 Fev 11:35  
Şou-biznes Qumral efirdə AĞLADI: “Yatağa düşdü, yemədi, danışmırdı...”

Müğənni Qumral "Günə Uğurla" verilişində duyğusal etiraflar�

arrow Ətraflı
Yumşaq gücdən infrastruktur təsirinə: Moskvanın yeni xarici siyasət modeli NƏDİR? like
  • 18 Fev 11:30  
Siyasət Yumşaq gücdən infrastruktur təsirinə: Moskvanın yeni xarici siyasət modeli NƏDİR?

2025-ci ilin avqustu Moskvanın köhnə siyasi mərkəzi sayılan Staraya meydan

arrow Ətraflı
Nail Kəmərlinin restoranında BİABIRÇILIQ  VİDEO like
  • 18 Fev 11:25  
Digərləri Nail Kəmərlinin restoranında BİABIRÇILIQ VİDEO

Bloqer Nail Kəmərlinin yeni açdığı əyləncə məkanı müzakirələrə s�

arrow Ətraflı
Ən çox dəyişdirilən soyadlar: Bu adlara nifrət olunur  SİYAHI like
  • 18 Fev 11:23  
Dünya Ən çox dəyişdirilən soyadlar: Bu adlara nifrət olunur SİYAHI

Türkiyədə ən çox dəyişdirilən soyadlar açıqlanıb.

arrow Ətraflı
90 manata iftar menyusu var  Qiymətlər kəskin artıb like
  • 18 Fev 11:10  
Digərləri 90 manata iftar menyusu var Qiymətlər kəskin artıb

Restoranlarda Ramazan ayına özəl hazırlıqlar başlanılıb. İftar süfrəs

arrow Ətraflı
NİYYƏT GECƏSİDİR  Bunlara mütləq əməl EDİN like
  • 18 Fev 11:09  
Digərləri NİYYƏT GECƏSİDİR Bunlara mütləq əməl EDİN

Bu gecə müqəddəs Ramazan ayının ilk gecəsi və orucların tutulmasının

arrow Ətraflı
Bakıda avtobusda sərnişin qəfildən ÖLDÜ like
  • 18 Fev 11:03  
Digərləri Bakıda avtobusda sərnişin qəfildən ÖLDÜ

Bu gün Bakıda marşrut avtobusunda sərnişin ölüb.

arrow Ətraflı
Gömrük xərcləri artsa da "Li Auto" qiymətləri sabit saxlayır like
  • 18 Fev 11:00  
Digərləri Gömrük xərcləri artsa da "Li Auto" qiymətləri sabit saxlayır

Gömrük rüsumlarında baş verən artımlara baxmayaraq, "Li Auto" A

arrow Ətraflı
Daha 17 itkinşəhid dəfn olunacaq like
  • 18 Fev 10:56  
Digərləri Daha 17 itkinşəhid dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyy�

arrow Ətraflı
Paşinyan ABŞyə getdi like
  • 18 Fev 10:55  
Dünya Paşinyan ABŞyə getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-yə işgüzar səfərə yola dü

arrow Ətraflı
Azərbaycanlı müğənninin toyda səsi BATDI like
  • 18 Fev 10:50  
Şou-biznes Azərbaycanlı müğənninin toyda səsi BATDI

Müğənni Eflatun Qubadov səsləndirdiyi açıqlama ilə diqqət çəkib.

arrow Ətraflı