Bakıda tanışını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb


Sosial 26 May 2018 09:53:00 290 0

Bakıda tanışını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Məhkəmənin növbəti iclası mayın 30-na təyin edilib

Bakı Apellyasiya Məhkəməsində tanışını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Rəcəb Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası mayın 30-na təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 24-də baş verib. Suraxanı qəsəbəsində yaşayan R.Məmmədov evində münaqişə zəminində tanışı Fərhad Mehdiyevi bıçaqla qətlə yetirib.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

R.Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.