Mingəçevirdə yaşlı qadını maşın vurub


Sosial 25 May 2018 23:23:16 256 0

Mingəçevirdə yaşlı qadını maşın vurub

Qəza piyadanın ehtiyatsızlığı səbəbindən baş verib

Mingəçevir şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report”un Şirvan bürosu xəbər verir ki, 1952-ci il təvəllüdlü şəhər sakini Məmmədova Tamella Nəsib qızı Şəfa bağ massivində yolu keçən zaman “VAZ-2107” markalı maşın tərəfindən vurulub.

Qəza piyadanın ehtiyatsızlığı səbəbindən baş verib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.