Rustavidə azərbaycanlı tələbənin meyiti tapılıb


Sosial 25 May 2018 20:01:00 259 0

Rustavidə azərbaycanlı tələbənin meyiti tapılıb

Onun Tbilisidə özünü Kür çayına ataraq intihar etdiyi ehtimal olunur

Kür çayınınRustavi şəhərindən keçən hissəsində azərbaycanlı tələbənin meyiti tapılıb.

Bu barədə"Report"un yerli bürosuna AzərbaycanınGürcüstandakısəfirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə iki gün bundan əvvəl baş verib.

"Bizə Tbilisi Humanitar Universitetinin II kurs tələbəsi Tağı İsgəndərzadənin suda boğularaq ölməsi barədə məlumat daxil olub. Artıq meyit ekspertizadan keçirilib və yaxın günlərdə ailəsinə təhvil verilməsi üçünAzərbaycana göndəriləcək".

Xatırladaq ki,T.İsgəndərzadəninpaytaxt Tbilisidəözünü Kür çayına ataraq intihar etdiyi ehtimal olunur.