Bakıda motosiklet qadını vuraraq öldürüb, sürücü ağır yaralanıb


Sosial 25 May 2018 06:41:47 264 0

Bakıda motosiklet qadını vuraraq öldürüb, sürücü ağır yaralanıb

Motosikletin sürücüsü ağır bədən xəsarətləri alıb

Bakının Xəzər rayonunda motosiklet piyadanı vuraraq öldürüb.

"Report" xəbər verir ki, hadisə Bilgəh qəsəbəsindən Buzovnaya gedən yolda baş verib.

Otuz üç yaşlı Şabanov Zamiq Vadim oğlu idarə etdiyi motosikletlə yolu keçmək istəyən ad-soyadı hələlik məlum olmayan 50-55 yaşlı qadını vurub. Qadın xəstəxanaya aparılarkən yo ölüb. Motosikletin sürücüsü Z.Şabanov ağır bədən xəsarətləri alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb.