Ağsuda yerli sakini öz həyətində ilan sancıb


Sosial 22 May 2018 22:17:37 294 0

Ağsuda yerli sakini öz həyətində ilan sancıb

Yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir

Ağsu rayonunda ilansancma hadisəsi baş verib.

"Report"un məlumatına görə, rayonun Qaraqoyunlu kəndində 1962-ci il təvəllüdlü yerli sakin Dünyamalıyev Qərib Ağasalı oğlunu ilan sancıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Hadisə o, öz həyətində işləyərkən baş verib.