Bərdə şəhərində aptek yanıb - FOTO


Sosial 22 May 2018 01:09:07 252 0

Bərdə şəhərində aptek yanıb - FOTO

Nəticədə sahibkara xeyli ziyan dəyib

Bərdə şəhərinin Üzeyir Hacıbəyov küçəsində yerləşən aptekdə yanğın olub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, yanğın zamanı aptekdə olan kondisioner, həmin hissədə olan dərman preparatları yanıb. Nəticədə sahibkara xeyli ziyan dəyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Aptekin qalan hissəsi yanğından qorunub. Yanğına elektrik naqillərində baş verən qısa qapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.