DİM TOEFL və SAT imtahanları keçirib


Sosial 19 May 2018 15:55:55 259 0

DİM TOEFL və SAT imtahanları keçirib

​İmtahanlar DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub

Dövlət İmtahan Mərkəzində (DİM)növbəti TOEFL və SAT imtahanları keçirilib.

Bu barədə "Report"a DİM-in mətbuat xidmətindən məlumat verilib.

İmtahanlar mərkəzin inzibati binasında təlimata uyğun təşkil olunub.

TOEFL imtahanında 1 xarici vətəndaş olmaqla 8 nəfər, SAT imtahanında isə 41 nəfər iştirak edib və imtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, növbəti TOEFL və SAT (Subject) imtahanlarının 2018-ci il iyunun 2-də keçirilməsi nəzərdə tutulur.