Elçin Şamillinin “Antinomia” adlı konseptual sərgisi açılıb FOTO


Kriminal 14 Fev 2026 22:00:00 73 0

Elçin Şamillinin “Antinomia” adlı konseptual sərgisi açılıb  FOTO

Azərbaycan Milli İncəsənət Muzeyində  vizual sənətlər nəzəriyyəçisi, rəssam Elçin Şamillinin "Antinomia" adlı konseptual sərgisi açılıb.  

Açılış mərasimində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, AMEA-nın Memarlıq və İncəsənət institutunun direktoru Ərtegin Salamzadə, Fəlsəfə üzrə fəlsəfə doktoru Teymur Daimi çıxış ediblər. Onlar öz çıxışlarında sərginin müasir Azərbaycan incəsənətində konseptual düşüncə tərzinin inkişafına töhfə verdiyini vurğulayıblar. Qeyd olunub ki, "Antinomia" layihəsi vizual ifadə vasitəsilə cəmiyyət, insan və məkan münasibətlərini yeni estetik baxış prizmasından təqdim edir və tamaşaçını düşünməyə, dialoqa dəvət edir. Sonda Elçin Şamilli tədbir iştirakçılarına təçəkkürünü bildirərək, onları sərgi ilə tanış olmağa dəvət edib. Sərgidə rəssamın foto, qrafik kompozisiya və instalyasiyalardan ibarət 15 əsəri nümayiş olunur. Əsərlər varlığın dəyişkən təbiətini, zaman və məkan arasındakı keçid hallarını, eləcə də məntiqi və mistik qatların toqquşmasını vizual dillə ifadə edir. Təqdim edilən əsərlərdə Antinomiya anlayışı yaddaş, transformasiya və transendent reallıq mövzuları üzərindən açılır, simvollar isə müxtəlif reallıq qatları arasında əlaqə yaradan əsas vasitə kimi çıxış edir. Əsərlər tamaşaçını mövcudluğun ziddiyyətlərini hiss etməyə, görünənlə görünməyən arasındakı sərhədlər üzərində düşünməyə çağırır. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Şamilli dizayn və incəsənət nəzəriyyəsinə həsr olunmuş 40-dan çox elmi məqalənin,  "Dizaynda və incəsənətdə vizual formanın qavranılması", "Dizaynın paradiqması: memarlığın əvəzi", "İncəsənətdə abstrakt vektor" və  digər monoqrafiyaların müəllifidir. O, həmçinin  rəssam, heykəltəraş və qrafik kimi 1994-cü ildə Bakı İncəsənət Mərkəzində ("Yeni Gallery"), 2006 və 2008-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının sərgi salonunda fərdi sərgilərlə çıxış edib, əsərləri  Bakı, Reklinqhauzen, Budapeşt, Avinyon, London, Aberdin, Moskva və Sankt-Peterburqda keçirilən qrup sərgilərində nümayiş olunub.  Vizual strukturlar müvəqqəti keçid məkanlarını və zamanın çatlaqlarını xatırladan kompozisiyalarla qurulub. Bu yanaşma insanın həm mövcudluğunu, həm də yoxluq hissini eyni anda yaşamasına işarə edir. Sərgi bütövlükdə idrakın məhdudluğunu və estetik təcrübə vasitəsilə onun aşılması imkanını ön plana çıxarır. Sərgi 31 mart, 2026-cı il tarixinədək davam edəcək. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az

Keçmiş rəis qəfildən vəfat etdi like
  • 14 Fev 21:54  
Digərləri Keçmiş rəis qəfildən vəfat etdi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təchizat İdarəsinin keçmiş rəisi

arrow Ətraflı
“Adını Feriha koydum” plagiat çıxdı like
  • 14 Fev 21:29  
Şou-biznes “Adını Feriha koydum” plagiat çıxdı

"Adını Feriha Koydum" serialı ilə bağlı açılmış məhkəmə i

arrow Ətraflı
4 manatlıq məhsul xərçəngin dərmanıdır like
  • 14 Fev 21:14  
Digərləri 4 manatlıq məhsul xərçəngin dərmanıdır

Alimlər tərəfindən aparılan yeni araşdırma göstərir ki, gündəlik həy

arrow Ətraflı
Xalq artisti Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib  FOTO like
  • 14 Fev 21:13  
Kriminal Xalq artisti Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib FOTO

Beynəlxalq Muğam Mərkəzində "Unudulmayanlar" layihəsi çərçiv�

arrow Ətraflı
Kim deyər ki, 80 yaşı var? like
  • 14 Fev 20:48  
Şou-biznes Kim deyər ki, 80 yaşı var?

Türk pop musiqisinin "Superulduz"u kimi tanınan Ajda Pekkan 80 yaş�

arrow Ətraflı
Sevgililər Günündə qaynar xəttə yığıb tort istədi, cərimələndi like
  • 14 Fev 20:17  
Digərləri Sevgililər Günündə qaynar xəttə yığıb tort istədi, cərimələndi

Türkiyədə Sevgililər Günündə xilasetmə xidmətinin 112 qaynar xəttinə

arrow Ətraflı
Xanım Vensin Bakıda gizli ziyarəti: Suraxanıya niyə gedib? like
  • 14 Fev 20:08  
Digərləri Xanım Vensin Bakıda gizli ziyarəti: Suraxanıya niyə gedib?

ABŞ-ın vitse-prezidenti Cey. Di. Vens fevralın 12-də Bakıya səfəri zaman�

arrow Ətraflı
Sahil Babayev qərar verdi: Maliyyə Nazirliyinə tabe olan bu idarələr ləğv edilir like
  • 14 Fev 20:04  
Digərləri Sahil Babayev qərar verdi: Maliyyə Nazirliyinə tabe olan bu idarələr ləğv edilir

Maliyyə naziri Sahil Babayev tərəfindən imzalanan son qərara əsasən Dövl

arrow Ətraflı
Ramil Qasımov milli muzeylərin təbliğinə yönələn layihəyə start verdi – VİDEO like
  • 14 Fev 19:30  
Kriminal Ramil Qasımov milli muzeylərin təbliğinə yönələn layihəyə start verdi – VİDEO

Azərbaycanın Əməkdar artisti Ramil Qasımov milli muzeylərin populyarlaşd�

arrow Ətraflı
9 ildən sonra barışdılar like
  • 14 Fev 19:27  
Şou-biznes 9 ildən sonra barışdılar

Türk kinosunun tanınmış simaları Halil Ergün və Hülya Koçyiğit arasın

arrow Ətraflı
Zakir Qaralova ağır itki  FOTO like
  • 14 Fev 19:00  
Digərləri Zakir Qaralova ağır itki FOTO

Azərbaycanda bu gün vəfat edən polkovnik Knyaz Qaralov məşhur şəxslərin

arrow Ətraflı
Avropa Komissarı: TRIPP layihəsi əsl oyun dəyişdiricisi ola bilər like
  • 14 Fev 18:54  
Siyasət Avropa Komissarı: TRIPP layihəsi əsl oyun dəyişdiricisi ola bilər

"Regionda böyük dəyişikliklərin baş verdiyinin şahidiyik və bu, sü

arrow Ətraflı
Vanq Huiyao: Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq like
  • 14 Fev 18:45  
Siyasət Vanq Huiyao: Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq

Çinin İpək Yolunu asanlaşdıran "Bir kəmər, bir yol" təşəbbü

arrow Ətraflı
Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı like
  • 14 Fev 18:41  
Siyasət Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı

Keçmişdə Qara dənizi və ya Xəzər dənizini daha çox bizi ayıran sədd k

arrow Ətraflı