“Adını Feriha koydum” plagiat çıxdı
Şou-biznes 14 Fev 2026 21:29:00 77 0
"Adını Feriha Koydum" serialı ilə bağlı açılmış məhkəmə işi üzrə qərar verilib.
Bu xəbəri də oxu: "66 yaşım var, belə cavan qalın, sonra DANIŞIN"
Son.az xəbər verir ki, "Medyapım"ın televiziya tarixində iz qoyan layihələrindən biri olan serialın ssenarisinin 91 yaşlı əfsanəvi qələm sahibi Gülten Dayıoğlunun bestseller əsərlərindən olan "Yeşil Kiraz" ilə oxşarlıq və əlaqə daşıdığı məhkəmə qərarı ilə təsdiqlənib.
Məhkəmə prosesinin yekunlaşmasından sonra serialın prodüseri Fatih Aksoy, ssenaristi Melis Civelek və "Medyapım"ın CEO-su Murat Saygı yazıçı Gülten Dayıoğlunu Gümüşsuyudakı evində ziyarət ediblər. Görüşün nəticəsi olaraq "Medyapım" 2007-ci ildə Gülten Dayıoğlu tərəfindən təsis edilmiş Gülten Dayıoğlu Çocuk ve Gençlik Edebiyatı Vakfının 10 il müddətinə əsas sponsorluğunu üzərinə götürüb.
Bundan əlavə, Gülten Dayıoğlunun əsərlərinin daha geniş auditoriyaya çatdırılması məqsədilə Dayıoğlu Sanat Ltd. ilə əməkdaşlıq çərçivəsində serial və film layihələrinin hazırlanmasına dair mühüm qərarlar qəbul edilib. Bu planlara yazıçının həyat və yaradıcılığını əhatə edən sənədli film layihəsi də daxildir.
Qurulan bu səmərəli əməkdaşlıq uşaq və gənclər ədəbiyyatının dəstəklənməsi, keyfiyyətli əsərlərin yeni nəsillərə çatdırılması və bu sahədə mədəni istehsalın gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. (olay) Son.az
Alimlər tərəfindən aparılan yeni araşdırma göstərir ki, gündəlik həy
Beynəlxalq Muğam Mərkəzində "Unudulmayanlar" layihəsi çərçiv�
Türk pop musiqisinin "Superulduz"u kimi tanınan Ajda Pekkan 80 yaş�
Türkiyədə Sevgililər Günündə xilasetmə xidmətinin 112 qaynar xəttinə
ABŞ-ın vitse-prezidenti Cey. Di. Vens fevralın 12-də Bakıya səfəri zaman�
Maliyyə naziri Sahil Babayev tərəfindən imzalanan son qərara əsasən Dövl
Azərbaycanın Əməkdar artisti Ramil Qasımov milli muzeylərin populyarlaşd�
Türk kinosunun tanınmış simaları Halil Ergün və Hülya Koçyiğit arasın
Azərbaycanda bu gün vəfat edən polkovnik Knyaz Qaralov məşhur şəxslərin
"Regionda böyük dəyişikliklərin baş verdiyinin şahidiyik və bu, sü
Çinin İpək Yolunu asanlaşdıran "Bir kəmər, bir yol" təşəbbü
Düşünürəm ki, TRIPP Prezident Trampın adını daşıyır və bu o deməkdi
Keçmişdə Qara dənizi və ya Xəzər dənizini daha çox bizi ayıran sədd k
Azərbaycanın avtomobil yollarında fevralın 14-də müşahidə ediləcək və
Biz artıq cəmi 6 aydır ki, sülh şəraitində yaşayırıq, inanın ki, bu,
