Bakıda nasaz avtomobil qəzaya səbəb olub, xəsarət alanlar var - FOTO


Sosial 19 May 2018 04:10:32 279 0

Bakıda nasaz avtomobil qəzaya səbəb olub, xəsarət alanlar var - FOTO

İki avtomobilin arasında qalan 2 nəfərin ayağı sınıb

Bakı Kənar Dairəvi yolunda avtoqəza zamanı 3 nəfər ağır xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Bakı Dairəvi yolunun kənar hissəsində90-EV-224 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobilin elektrik cərəyan mənbəyi - akkumulyatoruxarab olub. Sürücü yoldan keçən 10-ZO-325 dövlət qeydiyyat nömrəli "Mercedes" markalı avtomobilin sahibindənkömək istəyib. Avtomaşınlar üz-üzə saxlanılaraq, sürücü və sərnişinin köməkliyi ilə akkumulyatordan cərəyan ötürmək istəyərkən arxadan sürətlə gələn digər "Mercedes" markalı avtomobil eynimarkalı maşına çırpılıb. Nəticədə iki avtomobilin arasında qalan 1996-cı il təvəllüdlü Məmmədov Əşrəf Vidadi oğlu, 1980-ci il təvəllüdlü Məmmədov Elçin Qulamhüseyn oğlu və 1983-cü il təvəllüdlü Abbasov Asif Vaqif oğlu müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Həkimlərin verdiyi məlumata görə, Ə.Məmmədov və E.Məmmədov ayaqlarından sınıq xəsarətləri alıb. Yaralılardan hər ikisininvəziyyəti ağırdır.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Foto: Ruslan Məmmədov