Prezident İlham Əliyev Münxendə Bolqarıstan Prezidenti ilə görüşüb FOTO
Siyasət 14 Fev 2026 13:51:00 91 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüşüb.
Son.az xəbər verir ki, Azərbaycanda keçirilmiş Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini vurğulayan Bolqarıstan Prezidenti mədəniyyətimizlə yaxından tanış olduğunu, Novruz bayramı adət-ənənəmizin və muğam musiqimizin onda dərin təəssürat hissi yaratdığını bildirdi.
İliyana Yotova Heydər Əliyev Fondunun Bolqarıstanda "Trapezitsa" Memarlıq Muzeyi Qoruğunun bərpasına göstərdiyi dəstəyi xatırladaraq, buna görə minnətdarlığını ifadə etdi.
O, Azərbaycanın ali təhsil müəssisələrində bolqar dilinin tədrisi və bolqar mədəniyyətinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Söhbət zamanı bir neçə gün əvvəl Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstanın Veliko Tırnovo şəhərində "Şuşa" parkının salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Sazişin imzalanması məmnunluqla qeyd olundu.
Ölkələrimiz arasında enerji, elektrik enerjisinin ixracı, kənd təsərrüfatı, turizm və digər sahələrdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.
Bolqarıstanın Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına verdiyi dəstək yüksək qiymətləndirildi.
Bu ilin mayında Azərbaycanın Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi vurğulanaraq, Bolqarıstanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağı bildirildi.
Müğənni Nüşabə Musayeva "Tarixin bir günü" verilişində səsl
Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə (RİH) yeni baş memar t�
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen
Rusiyanın Xabarovsk diyarında fərdi yaşayış evində baş verən yanğın b
"Kurtlar Vadisi Pusu" serialının ən məşhur səhnələrindən biri
TPV Technology Group şirkəti korpusun hər iki tərəfində ekranla təchiz ed
Qanunvericiliyə əsasən, müəssisə ləğv edildikdə və ya fiziki şəxs ol
Naxçıvanda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.
Qiymətli metallar və qiymətli daşlar bazarında mövcud qiymət və tələba
ABŞ prezidenti Donald Tramp ABŞ ilə Venesuela arasındakı münasibətləri y
Aktyor Murad İsmayıl iki il əvvəl boşandığı aktrisa Ülviyyə Xəlilbə
Ağcabədi şəhərində üç minik avtomobilinin toqquşması nəticəsində z�
