"Xalam bizim nəsilin ÜZ QARASIDIR!”
Şou-biznes 14 Fev 2026 13:41:00 75 0
Müğənni Nüşabə Musayeva "Tarixin bir günü" verilişində səsləndirdiyi fikirlərlə diqqət mərkəzinə düşüb.
Son.az xəbər verir ki, canlı efirdə ailəsi ilə bağlı illərdir içində saxladığı məqamları bölüşən sənətçi emosional açıqlamalar verib.
O, bildirib ki, yaşadığı ağrıların ilahi ədalətlə gec də olsa qarşılığını tapdığına inanır:
"Allahın ədaləti var. 30 il sonra üstü açıldı. Üzü ağam. O, xalam ola bilər, amma hər nəslin, hər qohumun içində bir üz qarası olur. Xalam da bizim nəslin üz qarasıdır", - deyə sənətçi vurğulayıb.
Musayeva uşaqlıq travmalarından danışaraq, həmin hadisələrin həyatında dərin iz buraxdığını qeyd edib:
"Mənim uşaqlıq travmalarım var idi. Bu gün anamın ruhu qarşısında rahatam. Gəncliyimi, uşaqlığımı xalam əlimdən aldı".
Sənətçi xaraktercə qisasçı olduğunu da gizlətməyib:
"Mənə pislik etmisənsə, bunu unutmaram. Bəzən 5 il də gözləyərəm. Ən gözəl cavab zamanında verilən cavabdır. O vaxt səhv edəndə niyə demirdiniz 'etmə'? İndi mənə deməyin 'eləmə'", - deyə o əlavə edib.
Nüşabə Musayeva həmçinin anasını həmin hadisədən sonra yalnız bir dəfə yuxuda gördüyünü deyib və həyatını "şahmat taxtası"na bənzədərək hər kəsin qarşısına faktlarla çıxdığını bildirib.
Sənətçinin bu etirafları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər iki cəbhəyə bölünüb - bəziləri onun səmimiyyətini və açıq danışmasını dəstəkləyib, digərləri isə ailə məsələlərinin efirdə bu formada müzakirəsini doğru hesab etməyiblər.
Musa Son.az
Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə (RİH) yeni baş memar t�
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen
Rusiyanın Xabarovsk diyarında fərdi yaşayış evində baş verən yanğın b
"Kurtlar Vadisi Pusu" serialının ən məşhur səhnələrindən biri
TPV Technology Group şirkəti korpusun hər iki tərəfində ekranla təchiz ed
Qanunvericiliyə əsasən, müəssisə ləğv edildikdə və ya fiziki şəxs ol
Naxçıvanda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.
Qiymətli metallar və qiymətli daşlar bazarında mövcud qiymət və tələba
ABŞ prezidenti Donald Tramp ABŞ ilə Venesuela arasındakı münasibətləri y
Aktyor Murad İsmayıl iki il əvvəl boşandığı aktrisa Ülviyyə Xəlilbə
Ağcabədi şəhərində üç minik avtomobilinin toqquşması nəticəsində z�
ABŞ prezidenti Donald Tramp İranda hakimiyyət dəyişikliyinin ABŞ üçün �
