Bakıda Milli Qəhrəmanın oğlunun avtomobilindən oğurluq olub


Sosial 17 May 2018 12:31:12 209 0

Bakıda Milli Qəhrəmanın oğlunun avtomobilindən oğurluq olub

Faktla bağlı araşdırma aparılır

Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində Rəşad Rəhimova məxsus “Mercedes” markalı avtomobildən oğurluq edilib.

“Report”un xəbərinə görə, naməlum şəxslər avtomobilə maddi ziyan vurub və maşının ehtiyat hissələrini oğurlayıblar.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsunin 16-cı Polis Bölməsində araşdırma aparılır.

Qeyd edək ki, avtomobilin sahibi Milli Qəhrəman Koroğlu Rəhimovun oğludur.