DİM sədri: "Mayın 17-dən qəbul imtahanlarının ikinci mərhələsinə qeydiyyat başlayacaq"


Sosial 15 May 2018 17:15:04 328 0

DİM sədri: "Mayın 17-dən qəbul imtahanlarının ikinci mərhələsinə qeydiyyat başlayacaq"

Məleykə Abbaszadə: ​“Bu proses bir ay davam edəcək”

“May ayının 17-dən qəbul imtahanlarının ikinci mərhələsinə qeydiyyat başlayacaq”.

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O xatırladıbki, birinci imtahanda iştirak edən şəxslərdənkim istəyirsə ikinci mərhədə iştirak edə bilər: “Birinci mərhələdə iştirak etməyən, ümumiyyətlə sənəd verməyən insanlar da yay imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçə bilər”.

Sədr qeyd edib ki, bu proses bir ay davam edəcək: “İyunun 14-də qəbul imtahanlarının ikinci mərhələsinə sənəd qəbulu başa çatacaq".