Azərbaycanda mayın 19-dək müşahidə olunacaq hava şəraiti açıqlanıb


Sosial 15 May 2018 14:25:46 310 0

Azərbaycanda mayın 19-dək müşahidə olunacaq hava şəraiti açıqlanıb

Gülşad Məmmədova: “Havanın temperaturunun tədricən yüksələcək”

"May ayının 19-dəkölkə ərazisində hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir".

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, növbəti günlərdə günün birinci yarısında, əsasən də dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal olunur: “Havanın temperaturunun tədricən yüksələcəyi gözlənilir. Temperatur Bakıda və Abşeron yarımadasında 23-28, Mərkəzi Aran rayonlarında 25-30, dağlıq ərazilərdə isə 15-18 dərəcə arasında dəyişəcək”.

Mütəxəssis qeyd edib ki, növbəti 3 gündə Azərbaycanda mülayim şərq küləyi əsəcək.