Sumqayıtda özünü asan kişi xilas edilib


Sosial 15 May 2018 08:27:24 224 0

Sumqayıtda özünü asan kişi xilas edilib

O, təcili xəstəxanaya çatdırılıb

Sumqayıt şəhərində intihara cəhdin qarşısı alınıb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 8-ci mikrorayon, ev 29 /19, məzil 103-də yaşayan 1987-ci il təvəllüdlü Xudaverdiyev Rasim Məhəmməd oğlu özünü asaraq intihara cəhd edib.

Yaxınlarının köməkliyi ilə o, xilas edərək Təcili Tibbi Yardım Xəstəxanasının zədə məntəqəsinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.