Abşeronda ata oğlunun gözü önündə ölümcül bıçaqlanıb


Sosial 15 May 2018 05:21:00 228 0

Abşeronda ata oğlunun gözü önündə ölümcül bıçaqlanıb

Kişinin döş qəfəsinə, bədəninin müxtəlif nahiyələrinə və boğazına 6 bıçaq zərbəsi vurub

Abşeron rayonunun Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 12 yaşlı oğlu ilə 26-cı məhəllədəki kafedən çıxan 1978-ci il təvəllüdlü Ağacanov Rauf Mamed oğlu yaşadığı evə gedərkən yolda Tərlan adlı tanışı ilə rastlaşıb.

Bu zaman qarşı tərəf R.Ağacanovun döş qəfəsinə, bədəninin müxtəlif nahiyələrinə və boğazına ümumilikdə 6 bıçaq zərbəsi vurub.

Yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.