Xırdalanda minik maşını maneəyə çırpılıb, 2 nəfər yaralanıb


Sosial 12 May 2018 02:06:11 263 0

Xırdalanda minik maşını maneəyə çırpılıb, 2 nəfər yaralanıb

Hadisə sürücünün iradəetməni itirməsi nəticəsində baş verib

Bakı-Quba yolunun Xırdalan şəhəri ərazisindən keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, "Mercedes" markalı "90-KT-314" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü iradəetməni itirərək yol kənarındakı məhəccərə çırpılıb.

Nəticədə iki nəfər - sürücü və sərniş müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə Dövlət Yol Polisi Şöbəsi və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunublar. Qəzada xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.