Sahil Babayev özünə iki yeni müşavir təyin edib


Sosial 11 May 2018 12:31:52 262 0

Sahil Babayev özünə iki yeni müşavir təyin edib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşavirlərinin sayı üçə çatıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünə iki yeni müşavir təyin edib.

"Report"un xəbərinə görə, yeni müşavirlər Əliyev Anar Rəhim oğlu və Nəsirli Vüsal Zakir oğludur.

Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyininAparat rəhbəri vəzifəsinin icrası da Anar Əliyevə tapşırılıb.

Bununla da əmək və əhalinin sosial müdafiəsi nazirinin müşavirlərinin sayı üçə çatıb.

Qeyd edək ki, nazirliyin bundan əvvəlki Aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) idi. O, öz ərizəsinə əsasənişdən çıxarılıb.