Cəlilabadda qadın qonşu kişi tərəfindən döyülüb


Sosial 09 May 2018 23:14:34 265 0

Cəlilabadda qadın qonşu kişi tərəfindən döyülüb

Hadisə mübahisə zəminində baş verib

Cəlilabad rayonunun Təzəkənd kəndində xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə zamanı 1978-ci il təvəllüdlü yerli sakin İsmayılova Xoşbəxt Həzi qızı mübahisə zəminində qonşu kişi tərəfindən döyülüb.

Yaralı qadın müxtəlif xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.