Cəlilabadda avtomobil piyadanı vurub


Sosial 09 May 2018 22:26:46 215 0

Cəlilabadda avtomobil piyadanı vurub

Hadisə rayonun Göytəpə şəhərində baş verib

Axşam saatlarında Cəlilabad rayonunda piyadanı avtomobil vurub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Göytəpə şəhərində hələlik soyadı məlum olmayan Zahid adlı yerli sakin yolu keçmək istəyən zaman baş verib.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

Faktla bağlı araşdırma aparılır.