Cəlilabadda qadın qaynı tərəfindən bıçaqlanıb


Sosial 08 May 2018 21:44:33 249 0

Cəlilabadda qadın qaynı tərəfindən bıçaqlanıb

Hadisənin səbəbi hələlik məlum deyil

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, şəhərin H.Aslanov küçəsində yaşayan 1965-ci il təvəllüdlü Əliyeva Səmayə ürək nahiyəsindən bıçaqlanıb.

Yaralı dərhal "təcili yardım" maşını ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadına ilkin tibbi yardım göstərilib.

Məlumata görə, onu qaynı bıçaqlayıb. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.