Gəncədə yaşayış binası yanır, FHN-in iki yanğınsöndürəni yıxılaraq xəsarət alıb - YENİLƏNİB


Sosial 05 May 2018 11:00:00 366 0

Gəncədə yaşayış binası yanır, FHN-in iki yanğınsöndürəni yıxılaraq xəsarət alıb - YENİLƏNİB

Sakinlər təxliyyə olunub

Gəncə şəhərində yanan yaşayış binasını söndürən zaman xəsarət alanFövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının adları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bunlar Göygöl rayon sakini, 1988-ci il təvəllüdlü Məmmədov Zirəddin Mübariz oğlu və Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Lələyev Namiq Əbulfəz oğludur.

Hər iki yanğınsöndürənhündürlükdən yıxılaraq xəsarət alıb. N.Lələyevin vəziyyəti ağır, digər yaralının isə orta-ağır qiymətləndirilir.

*** 10:51

Gəncə. 5 may.