Yasamalda xanım sürücü orta yaşlı piyadanı vurub


Sosial 05 May 2018 05:36:00 247 0

Yasamalda xanım sürücü orta yaşlı piyadanı vurub

Hadisə Botanika bağı yaxınlığında baş verib

Paytaxtın Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1977-ci il təvəllüdlü Rəsulov Eldar Əlibayram oğlu Botanika bağı yaxınlığında yolu keçmək istəyərkən onu xanım sürücünün idarə etdiyi "Hyundai" markalı avtomobil vurub.

Yaralı "təcili yardım" vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.